...

İstanbulda PARTLAYIŞ: yaralılar var (YENİLƏNİB)

Dünya xəbərləri Materials 5 Mart 2019 09:41 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərində partlayış olub.
İstanbulda PARTLAYIŞ: yaralılar var (YENİLƏNİB)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin İstanbul şəhərində partlayış olub.

Trend-in məlumatına görə, partlayış şəhərin Qaziosmanpaşa rayonundakı binanın qarşısında qeydə alınıb.

İlkin ehtimala əsasən, hadisə nəticəsində 3 nəfər yaralanıb.

X X X

İnsident səhər saatlarında baş verib. Belə ki, kağız toplamaqla məşğul olan ana və qızı yaşadıqları binanın qarşısına gələrək tapdıqları konserv qutusunu açarkən partlayış olub.

Yaralanan qadın və qızı xəstəxanaya yerləşdirilib.

Polis araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti