Bakı .Trend:
ABŞ-ın Alyaska ştatının şimal-şərqində 5,5 bal gücündə zəlzələ baş verib.
Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Kobuk şəhərindən 64 kilometr cənubda, ocağı isə 1,3 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.