Bakı. Trend:
Tunisdə fövqəladə vəziyyət rejimi bir ay müddətinə uzadılıb.
Trend-in məlumatına görə, 2015-ci ildən ölkədə tətbiq edilən rejimin uzadılması barədə qərarı Tunis prezidenti Beji Kaid əs-Sebsi qəbul edib.
Prezidentin mətbaut xidmətinin məlumatında deyilir: "Hökümət rəhbəri və nümayəndələr palatasının sədri ilə təhlükəsilik sahəsində vəziyyət barədə müzakirələrin yekunu üzrə prezident fövqəladə vəziyyət rejimini respublikanın bütün ərazisində bir ay müddətinə uzatmaq qərarı rəbul edib - martın 7-dən aprelin 5-dək".
Qeyd edək ki, Tunisdə fövqəladə vəziyyət rejimi 2015-ci ildən tətbiq edilir.