...

Efiopiyada qəzaya uğrayan təyyarənin bütün sərnişinləri və ekipaj üvləri həlak olub (YENİLƏNİB)

Dünya xəbərləri Materials 10 Mart 2019 15:15 (UTC +04:00)
“Ethiopian Airlines” aviaşirkətinin qəzaya uğradığı “Boeing 737” təyyarəsinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.
Efiopiyada qəzaya uğrayan təyyarənin bütün sərnişinləri və ekipaj üvləri həlak olub (YENİLƏNİB)

Bakı. Trend:

“Ethiopian Airlines” aviaşirkətinin qəzaya uğradığı “Boeing 737” təyyarəsinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.

Trend-in məlumatına görə, bunu aviaşirkət bildirib. Şirkətin yaydığı məlumata əsasən, Əddis-Əbəbədən Nayrobiyə uçan təyyarənin göyərtəsində 149 sərnişin və 7 ekipaj üzvü olub. Təyayrədə 33 xalqın nümayəndəsinin olduğu da qeyd olunur.

Qəza təyyarənin Əddis-Əbəbənin aeroportundan havaya qalxmasından 6 dəqiqə sonra baş verib. Təyyarə şəhərdən 40 kilometrdən az məsafə aralığında düşüb.

Qəzanın səbəbləri məlum deyil, axtarış əməliyyatları aparılır.

12:50

Efiopiyanın baş naziri Abiy Əhməd Əli "Ethiopian Airlines" aviaşirkətinin "Boeing 737" təyyarəsinin qəzaya uğradığını bildirib.

Trend-in məlumatına görə, nazir bu barədə "Tvitter" sosial şəbəkəsində yazıb. Təyyarə Keniyanın Nayrobi şəhərinə reysi yerinə yetirirdi.

Nazir bildirib: "Baş nazir ofisi hökumət və Efiopiya xalqı adından bu səhər Nayrobiyə müntəzəm reysi yerinə yetirən "Ethiopian Airlines"in "Boeing 737"də yaxınlarını itirən ailələrə başsağlığı verir".

Aviaşirkətin nümayəndəsi faktı təsdiqləyib. Onun sözlərinə görə, göyərtədə 157 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti