Bakı. Tural Turan - Trend:
Efiopiya Ethiopian Airlines aviaşirkətə məxsus təyyarənin qəzaya uğraması səbəbindən martın 11-i matəm günü elan edib. Trend-in məlumatına görə, Əddis-Əbəbədən Nayrobiyə uçan təyyarənin göyərtəsində 149 sərnişin və 8 ekipaj üzvü olub.
Qəza təyyarənin Əddis-Əbəbənin aeroportundan havaya qalxmasından 6 dəqiqə sonra baş verib. Təyyarə şəhərdən 40 kilometrdən az məsafə aralığında düşüb.