...

Hindistanda körpü uçdu, ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 15 Mart 2019 00:17 (UTC +04:00)
Hindistanın Mumbay şəhərində piyada körpüsü uçub
Hindistanda körpü uçdu, ölənlər və yaralananlar var

Bakı. Trend:

Hindistanın Mumbay şəhərində piyada körpüsü uçub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, körpünün uçması nəticəsində azı 5 nəfər həlak olub, 36 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, insident axşam saatlarında Çxatrapati Şivadji vağzalı yaxınlığında baş verib.

"NDTV" telekanalı bildirir ki, səhər saatlarında körpü təmir işləri aparılıb.

Xəbər lenti

Xəbər lenti