...

Yeni Zelandiyada məscidlərə silahlı hücum nəticəsində ölənlərin sayı 40-a çatıb

Dünya xəbərləri Materials 15 Mart 2019 10:47 (UTC +04:00)

Bakı. Trend:

Yeni Zelandiyada Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində 40 nəfər həlak olub, 20 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bunu Yeni Zelandiyanın Baş naziri Casinda Ardern deyib.

Baş nazir bu hadisəsinin terror aktı olduğunu bildirib.

Bundan əvvəl "Ən-Nur" və "Linvud" məscidlərinə hücum nəticəsində ən azı 27 nəfərin öldüyü, 30 nəfərin yaralandığı bildirilirdi.

İinsanlara atəş açmaqda şübhəli bilinən 4 nəfər saxlanılıb. Atəş açanlardan birinin Avstraliya vətəndaşı olduğu deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti