Bakı. Trend:
İran Prezidenti Həsən Ruhani sanksiyalar siyasətinə görə, ABŞ-ı beynəlxalq məhkəməyə verməyi təklif edib.
Trend-in məlumatına görə, H.Ruhani ABŞ-ın tətbiq etdiyi sanksiyaların çox sərt olduğunu deyib.
İran prezidenti ölkənin sanksiyaların öhdəsindən gəldiyini də əlavə edib:
“Sanksiyalar milli valyutanın dəyərinə təsir edib, inflyasiya artıb, amma biz bunun öhdəsindən gələ bildik. ABŞ düzgün yolda deyil və biz bununla mübarizə aparmalıyıq. İranın məhkəmə orqanları ABŞ-a, onun məmurlarına, eləcə də sanksiyanın müəlliflərinə bəşəriyyətə qarşı cinayət ittihamları ilə iddia qaldırmalıdır”.