Bakı. Trend:
Böyük Britaniyanın paytaxtı Londonda 1 milyondan artıq insanın iştirakı ilə yürüş keçirilir.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə yürüşün təşkilatçısı "People's Vote" qrupu öz "Twitter" hesabında yazıb.
Məlumatda deyilir: "Bu gün bütün ölkədən toplaşan bir milyon insana təşəkkür edirik".
Qeyd edək ki, aksiya iştirakçıları Böyük Britaniyanın Avropa İttifaqından çıxması üzrə ikinci referendumun keçirilməsini tələb edirlər.