Bakı. Trend:
Rumıniya İsraildəki səfirliyini Təl-Əviv şəhərindən Qüdsə köçürür.
Trend-in məlumatına görə, bunu Rumıniyanın Baş naziri Viorika Dançile bildirib.
O qeyd edib ki, Donald Trampın ABŞ səfirliyini Qüdsdə açması "rumın xalqını təsirləndirib". V.Dançile bildirib ki, İsrail və ABŞ Rumıniyanın xüsusi strateji tərəfdaşlarıdır.
Baş nazir gələcəkdə Rumıniya və İsrail hökumətlərinin birgə iclasının keçiriləcəyini də bildirib.