...

Ərdoğan: Aya Sofya məscid-muzey kimi fəaliyyət göstərə bilər

Dünya xəbərləri Materials 25 Mart 2019 10:21 (UTC +04:00)
Aya Sofya məscid-muzey kimi fəaliyyət göstərə bilər.
Ərdoğan: Aya Sofya məscid-muzey kimi fəaliyyət göstərə bilər

Bakı. Rufiz Hafizoğlu - Trend:

Aya Sofya məbədi məscid-muzey kimi fəaliyyət göstərə bilər.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

R.T.Ərdoğan bildirib ki, İstanbulun Aya Sofya məbədi martın 31-də keçiriləcək bələdiyyə seçkilərindən sonra məscid-muzey kimi fəaliyyət göstərə bilər.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Yeni Zelandiyada məscidlərdə törədilmiş terror aktlarını şərh edərkən Aya Sofyanın məscid kimi çalışmayacağını demişdi.

Onun sözlərinə görə, bir sıra qüvvələr Türkiyəni təxribata sürükləmək istəyirlər: "Türkiyə hakimiyyəti nəyi nə vaxt etməli olduğunu yaxşı bilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti