...

Pens: Tramp Qolan yüksəlikləri üzərində İsrailin suverenliyini rəsmi olaraq tanıyacaq

Dünya xəbərləri Materials 25 Mart 2019 20:19 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp Qolan yüksəklikləri üzərində İsrailin suverenliyini yaxın bir neçə saat ərzində rəsmi olaraq tanıyacaq
Pens: Tramp Qolan yüksəlikləri üzərində İsrailin suverenliyini rəsmi olaraq tanıyacaq

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Qolan yüksəklikləri üzərində İsrailin suverenliyini yaxın bir neçə saat ərzində rəsmi olaraq tanıyacaq.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens Vaşinqtonda ABŞ-İsrail ictimai əlaqələr komitəsində çıxış edərkən deyib.

Onun sözlərinə görə, D.Tramp bu addımı Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı atacaq: "Bu gün 52 il ərzində ilk dəfəbaş nazir Netanyahunun iştirakı ilə ABŞ prezidenti İsrailin Qolan yüksəklikləri üzərində suvernliyini rəsmi olaraq tanıyacaq".

Xəbər lenti

Xəbər lenti