...

İsrail HƏMAS-ın mövqelərinə zərbələr endirir

Dünya xəbərləri Materials 25 Mart 2019 20:13 (UTC +04:00)
İsrail ordusu Qəzza zolağının bütün ərazisində HƏMAS-ın mövqelərinə zərbələr endirməyə başlayıb
İsrail HƏMAS-ın mövqelərinə zərbələr endirir

Bakı. Trend:

İsrail ordusu Qəzza zolağının bütün ərazisində HƏMAS-ın mövqelərinə zərbələr endirməyə başlayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsrail ordusunun mətbuat xidmətindən bildiriblər.

Mətbuat xidmətinin məlumatında deyilir: "İsrail Müdafiə Ordusu Qəzza zolağının bütün ərazisində HƏMAS-ın mövqelərinə zərbələr endirməyə başlayıb".

Qeyd edilir ki, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinin raket atəşinə tutulması və nəticədə 7 nəfərin xəsarət almasına cavab olaraq həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti