...

İranda iki şəhərin boşaldılmasına göstəriş verildi

Dünya xəbərləri Materials 26 Mart 2019 10:42 (UTC +04:00)
İranda iki şəhərin boşaldılmasına göstəriş verilib.
İranda iki şəhərin boşaldılmasına göstəriş verildi

Bakı. Elnur Bağışov - Trend:

İranın şimalında yerləşən Gümüşan və Siminşəhr şəhərlərinin boşaldılmasına, əhalinin isə 4 sığınacağa yerləşdirilməsinə göstəriş verilib.

Trend-in İLNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın Gülüstan vilayətinin rəhbəri vəzifəsini icra edən Mirməhəmməd Qəravi deyib.

M.Qəravinin sözlərinə görə, qərar gözlənilən təbii fəlakətlərin nəticələrinin qarşısını almaq üçün verilib.

Qeyd edək ki, İranın bir çox vilayəti son həftə ərzində güclü yağıntılarla üzləşib.

Hazırda Gülüstan vilayətinin su altında qalan Ağqala şəhərindən suları boşaltmaq istiqamətində işlər davam etdirilir.

İranın Gümüşan vilayətinin eyniadlı şəhərinin 19 191 nəfər, Siminşəhr şəhərinin isə 17 205 nəfər əhalisi var.

Xatırladaq ki, ötən gün Fars vilayətinin Şiraz şəhərində baş vermiş daşqın nəticəsində 18 nəfər həlak olub, 94 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti