...

ABŞ-da "Boeing 737 Max" təcili eniş edib

Dünya xəbərləri Materials 27 Mart 2019 01:13 (UTC +04:00)
ABŞ-ın Florida ştatında "Boeing 737 Max" təyyarəsi təcili eniş edib.
ABŞ-da "Boeing 737 Max" təcili eniş edib

Bakı. Trend:ğ

ABŞ-ın Florida ştatında "Boeing 737 Max" təyyarəsi təcili eniş edib.

Trend-in məlumatına görə, təcili enişə səbəb təyyarənin mühərrikində olan problem olub. Göyərtəsində sərnişin olmayan "SouthWest Airlines" aviaşirkətinə məxsus təyyarə Orlando hava limanında enib.

Qeyd edək ki, bu modifikasiyalı təyyarələrin sərnişinlərlə uçuşu Efiopiya və İndoneziyadakı qəzalardan sonra qadağan edilib. Təyyarə Kaliforniyaya müvəqqəti saxlanma yerinə uçurdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti