Bakı. Trend:
Koreya Respublikasının prezidenti Mun Çje İn 10-11 aprel tarixlərində Vaşinqtonda ABŞ prezidenti Donald Tramp ilə görüşməyi planlaşdırır.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Mavi Evin (Koreya Resbulkasının prezidentinin rəsmi iqamətgahı) bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Liderlər hər şeyi əhatə edən danışıqlar aparacaqlar və Vaşinqton və Seul arasında alyansın möhkəmləndirilməsi yollarını və tam denuklearizasiyası yolu ilə Koreya yarımadasında sülhün bərqərar olması üzrə mövqelərin əlaqələndirilməsini müzakirə edəcəklər".