...

Meksikada vulkan püskürdü

Dünya xəbərləri Materials 29 Mart 2019 16:19 (UTC +04:00)

Bakı. Trend:

Meksika paytaxtının ətrafında yerləşən Popokatepetl vulkanında güclü püskürmə baş verib.

Trend-in məlumatına görə, püskürmədən sonra 3 kilometr hündürlüyünə kül sovrulub. Hazırda kül dumanının Puebla və Tlaskala şəhərlərinə doğru irəlilədiyi deyilir.

Sakinlərə və ölkəyə səfər edənlərə həmin əraziyə yaxınlaşmamaq barədə xəbərdarlıq edilib.

Lazım olduğu təqdirdə yaxınlıqdakı əhalinin təxliyəsi üçün artıq yollar təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti