...

Finlandiyada dünyanın ən böyük bayrağı ucaldılıb

Dünya xəbərləri Materials 2 Aprel 2019 14:57 (UTC +04:00)
Finlandiyanın Hamina şəhərində dünyanın ən böyük bayrağı ucaldılıb
Finlandiyada dünyanın ən böyük bayrağı ucaldılıb

Bakı. Trend:

Finlandiyanın Hamina şəhərində dünyanın ən böyük bayrağı ucaldılıb.

Trend-in məlumatına görə, 416 kvadrat metr ölçüsü olan bayraq basketbol meydançası boyda ərazini əhatə edir.

Bayrağın ucaldılması prosesi 15 dəqiqə davam edib.

Hələlik bayrağın müvəqqəti asıldığı və ya daim dalğalanacağı barədə müzakirələr aparılır.

Qeyd olunur ki, nəhəng bayraq elektron qurğu ilə təchiz olunub və bu cihaz güclü külək olacağı təqdirdə bayrağı aşağı salacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti