...

Kremldə Putin və Ərdoğan arasında danışıqlar başladı

Dünya xəbərləri Materials 8 Aprel 2019 15:38 (UTC +04:00)
Kremldə Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar başlayıb.
Kremldə Putin və Ərdoğan arasında danışıqlar başladı

Bakı. Trend:

Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VIII iclası çərçivəsində Kremldə Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar başlayıb.

Trend-in məlumatına görə, dövlət başçılarının ikitərəfli münasibətləri, o cümlədən qarşılıqlı ticari-iqtisadi fəaliyyəti, birgə enerji layihələrinin reallaşdırılması - "Türk axını" qaz kəməri və "Akkuyu" AES-in yaradılması, həmçinin Rusiya istehsallı S-400 zenit-raket komplekslərinin Türkiyəyə tədarükünü müzakirə edəcəyi gözlənilir.

Bundan başqa, danışıqların gündəliyində ənənəvi olaraq Yaxın Şərq, xüsusən də Suriya böhranının nizamlanması mövzuları olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti