...

Etirazçılar Serbiya haklimiyyətinə 6 gün vaxt verdi

Dünya xəbərləri Materials 14 Aprel 2019 06:33 (UTC +04:00)
Serbiyada kütləvi etiraz aksiyalarının iştirakçıları hakimiyyətə onların tələblərinə "müsbət cavab" üçün 6 gün vaxt veriblər.
Etirazçılar Serbiya haklimiyyətinə 6 gün vaxt verdi

Trend-i buradan izləyin

Bakı. Trend:

Serbiyada kütləvi etiraz aksiyalarının iştirakçıları hakimiyyətə onların tələblərinə "müsbət cavab" üçün 6 gün vaxt veriblər.

Trend-in məlumatına görə, etirazçılar ölkə parlamentinin qarşısında aksiya keçirib.

Bundan sonra ölkənin DİN rəhbəri Neboyşa Stefanoviç deyib ki, prezident Vuçiç çıxıb etirazçılarra müraciət etmək istəyib, lakin "azsaylı insanlar qarşısında çıxış etməyə öyrəşməyib". Nazirin sözlərinə görə, etirazçıların sayı cəmi 7,5 min olub.

"6 gün müddətində vaxt veririk ki, bu hakimiyyəti tələblərimizə müsbət cavab versin. Onlar bizi eşitməsə, biz yenidən daha çox insanla yığışacağıq", - deyə aksiyanın aparıcısı Yuqoslav Kipriyanoviç deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti