...

Sudanın devrilmiş prezidenti həbsxanaya köçürülüb

Dünya xəbərləri Materials 17 Aprel 2019 16:06 (UTC +04:00)
Sudanın dövlət çevrilişi nəticəsində hakimiyyətdən uzaqlaşdırılmış prezidenti Ömər əl-Bəşir ev dustaqlığından paytaxt Xartumdakı həbsxanalardan birinə köçürülüb
Sudanın devrilmiş prezidenti həbsxanaya köçürülüb

Bakı. Trend:

Sudanın dövlət çevrilişi nəticəsində hakimiyyətdən uzaqlaşdırılmış prezidenti Ömər əl-Bəşir ev dustaqlığından paytaxt Xartumdakı həbsxanalardan birinə köçürülüb.

Trend-in məlumatına görə, keçmiş prezident Kober həbsxanasına aparılıb.

Bundan başqa, Ömər əl-Bəşirin daha 11 tərəfdarının həbsi ilə bağlı qərar verilib.

Xatırladaq ki, Sudanın müdafiə naziri Avad ibn Auf aprelin 11-i ölkə prezidenti Ömər Əl-Bəşirin nəzarət altına götürüldüyünü bildirmişdi. Bundan əlavə, o, ölkədə 2005-ci ilin konstitusiyasının artıq qüvvədən düşdüyünü və ölkə ərazisində üç ay müddətinə fövqəladə vəziyyət elan edildiyini qeyd etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti