...

"Disney" şirkəti Notr-Damın bərpası üçün $ 5 milyon ayırıb

Dünya xəbərləri Materials 18 Aprel 2019 06:16 (UTC +04:00)
ABŞ-ın "The Walt Disney Company" media-konqlomeratı Fransanın paytaxtı Parisdə yanğın baş vermiş Notr Dam kilsəsinin bərpası üçün 5 milyon dollar vəsait ayırıb
"Disney" şirkəti Notr-Damın bərpası üçün $ 5 milyon ayırıb

Bakı. Trend:

ABŞ-ın "The Walt Disney Company" media-konqlomeratı Fransanın paytaxtı Parisdə yanğın baş vermiş Notr Dam kilsəsinin bərpası üçün 5 milyon dollar vəsait ayırıb.

Trend-in "The Hill"ə istinadən verdiyi məlumata görə, "The Walt Disney Company" 1996-cı ildə Viktor Güqonun " Note-Damdan olan qozbel" əsəri əsasında cizgi filmi çəkib.

Qeyd edək ki, Fransanın paytaxtı Parisin Notr-Dam kilsəsində güclü yanğın olub. Nəticədə kilsə üzərindəki qüllənin bir hissəsi aşıb, məbədin saatı yanaraq məhv olub. Yanğının söndürülməsində yüzlərlə yanğınsöndürən iştirak edib. Binanın böyük hissəsi dağılıb.

Fransa Prezidenti Emmanuel Makron kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytaracaqlarına söz verib.

Xəbər lenti

Xəbər lenti