Bakı. Trend:
Qazaxıstanda yüngül motorlu təyyarə qəzaya uğrayıb.
Trend-in məlumatına görə, hadisə Karaqandada yerləşən aerodromda baş verib. "FK14 Polaris" təyyarəsi bazar günü 16:25-də təlim uçuşunu yerinə yetirərkən qəzaya uğrayıb.
Hadisə nəticəsində pilot və təlimçi həlak olublar.
Araşdırma aparılır.