...

Texasda təyyarə qəzaya uğrayıb, pilot və sərnişinlər ölüb

Dünya xəbərləri Materials 22 Aprel 2019 23:19 (UTC +04:00)
ABŞ-ın Texas ştatında ikimühərrikli "Beechcraft BE58" təyyarəsi qəzaya uğrayıb
Texasda təyyarə qəzaya uğrayıb, pilot və sərnişinlər ölüb

Bakı. Trend:

ABŞ-ın Texas ştatında ikimühərrikli "Beechcraft BE58" təyyarəsi qəzaya uğrayıb.

Trend-in "New York Post" qəzetinə istinadən verdiyi məlumata görə, təyyarənin qəzaya uğraması nəticəsində pilot və 5 sərnişin həlak olub.

Bildirilir ki, təyyarə Kerrvill şəhərinin hava limanında eniş edərkən qəzaya uğrayıb.

Qəzanın səbəbini araşdırmaq üçün hadisə yerinə ABŞ Mülki Aviasiya Federal İdarəsinin əməkdaşları cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti