Bakı. Trend:
İspaniyada növbədənkənar parlament seçkiləri başlayıb.
Trend-in məlumatına görə, növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar fevral ayının ortasında parlamentin 2019-cu il üçün sosialist Pedro Sançesin hakimiyyəti tərəfindən təklif edilən büdcə planını təsdiq etməkdən imtina etməsi olub.
Bu seçkilər İspaniyada son üç il ərzində keçirilən dördüncü seçkilərdir.
Seçkilərdə sosialistlərin rəqibləri liberal "Vətəndaş partiyası", sol partiya "Podemos", ultra-sağ partiya "Voks" və sağ mərkəzçi "Xalq partiyası"dır.
Seçkilər yerli vaxtla 09:00-da başlayıb və saat 20:00-dək davam edəcək. Nəticələrin mayın 13-də elan olunacağı gözlənilir.
Hazırki seçkilərdə 350 yerlik Deputatlar Konqresinin (parlamentin aşağı palatasının) yeni tərkibi və 266 yerlik Senatın (parlamentin yuxarı palatası) 208 üzvü müəyyənləşəcək. Seçilmiş nümayəndələrin səlahiyyət müddəti dörd ildir.