...

Ərəb koalisiyası husilərin hava bazasına zərbələr endirib

Dünya xəbərləri Materials 2 May 2019 01:39 (UTC +04:00)
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyasının hərbi təyyarələri Yəmənin paytaxtı Sənada husilərin nəzarətində olan aviabazaya 13 zərbələr endirib
Ərəb koalisiyası husilərin hava bazasına zərbələr endirib

Bakı. Trend:

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyasının hərbi təyyarələri Yəmənin paytaxtı Sənada husilərin nəzarətində olan aviabazaya 13 zərbələr endirib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hava bazası paytaxtdakı hava limanın yaxınlığında yerləşir.

Dağıntılar və xəsarət alanlar barədə məlumat hazırda daxil olmayıb.

Əvvəllər koalisiya bəyan edib ki, husilər bu aviabazanı pilotsuz uçuş aparatı və raketlərin havaya buraxılması üçün istifadə edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti