...

Floridada "Boeing 737" sərnişin təyyarəsi çaya düşüb

Dünya xəbərləri Materials 4 May 2019 08:29 (UTC +04:00)
ABŞ-da təyyarə qəza nəticəsində çaya düşüb.
Floridada "Boeing 737" sərnişin təyyarəsi çaya düşüb

Bakı. Trend:

ABŞ-da təyyarə qəza nəticəsində çaya düşüb.

Trend-in məlumatına görə, hadisə Florida ştatının Ceksonvil şəhərində baş verib.

Məlumatı şəhərin meri Lenni Kerri təsdiqləyib. L.Kerri deyib: "Kommersiya təyyarəsi çaya düşüb. Məni yanğından mühafizə xidmətində məlumatlandırıblar, onlar hadisə yerindədilər".

Qeyd olunur ki, hadisə nəticəsində sərnişinlərdən ölən olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti