...

Tramp: Şimali Koreya ilə sazişin imzalanması mümkündür

Dünya xəbərləri Materials 4 May 2019 20:33 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp, KXDR ilə denuklearizasiya haqqında sazişin imzalanması mümkün olduğunu və bu ölkəyə böyük iqtisadi fayda gətirəcəyini bildirib
Tramp: Şimali Koreya ilə sazişin imzalanması mümkündür

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp KXDR ilə denuklearizasiya haqqında sazişin imzalanmasının mümkün olduğunu və bunun ölkəyə böyük iqtisadi fayda gətirəcəyini bildirib.

Trend-in məlumatına görə, D.Tramp qeyd edib: "Mən inanıram ki, (KXDR lideri) Kim Çen In Şimali Koreyanın böyük iqtisadi potensialını tam dərk edir və bunun qarşısını almaq üçün bir şey etməyəcək".

Onun sözlərinə görə, həmin razılaşma əldə olunmalıdır.

Qeyd edək ki, Cənubi Koreya Baş Qərargahlarının Birgə Komitəsi Şimali Koreyanın yaxın məsafəli raket buraxmaq niyyəti barədə məlumat verib. Daha sonra Komitə "raket" sözünü istifadə etmədən bir neçə buraxılışların həyat keçiriliməsini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti