Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO Baş katibi Yens Stoltenberq arasında Ankarada ikitərəfli görüş başlayıb.
Trend-in məlumatına görə, görüşdə əsas müzakirə mövzusunun Rusiyadan S-400 zenit raket komplekslərinin alınması olduğu bildirilib.
Görüşdə eləcə də regional məsələlərin də müzakirə ediləcəyi qeyd olunur.
Qeyd edək ki, daha öncə Rusiyanın S-400 zenit raket komplekslərini Türkiyəyə iki partiyada çatdıracağı bildirilmişdi. İlk partiyanın iyun, növbəti partiyanın isə iyulda baş tutacağı qeyd edilir.