Bakı. Trend:
"Air Astana" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Moskvanın Şeremetyevo hava limanında qəza enişi edib.
Trend-in məlumatına görə, Nur-Sultan - Moskva reysini həyata keçirən təyyarə nasazlığın yaranması səbəbindən eniş etmək məcburiyyətində qalıb.
Bildirilir ki, hava limanının bütün operativ xidmətləri səfərbər edilib.