...

ABŞ-ın partlayıcı qurğular üzrə bürosu təxliyə olundu - "Bomba"ya görə...

Dünya xəbərləri Materials 17 May 2019 11:23 (UTC +04:00)
Vaşinqtonda ABŞ-ın Alkoqol, tütün, odlu silah və partlayıcı qurğular üzrə bürosu (ATF) təxliyə olunub.
ABŞ-ın partlayıcı qurğular üzrə bürosu təxliyə olundu - "Bomba"ya görə...

Bakı. TRend:

Vaşinqtonda ABŞ-ın Alkoqol, tütün, odlu silah və partlayıcı qurğular üzrə bürosu (ATF) təxliyə olunub.

Trend-in məlumatına görə, təxliyəyə səbəb içərisində naməlum şübhəli maye olan zərfi, əməkdaşlardan birinin açması ilə əlaqədar olub.

Əməkdaşlar həmin andaca təxliyə olunublar. Zərf isə laborator müayinə üçün müvafiq quruma göndərilib.

Büronun nümayəndəsi Eypril Lenqvell bildirib ki, həmin insidentdən təxminən 3 saat sonra əməkdaşlar iş yerlərinə qayıdıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti