...

"Ferrari" 2 mindən artıq avtomobili geri çağırır

İqtisadiyyat Materials 23 May 2019 15:24 (UTC +04:00)

Bakı. Trend:

"Ferrari" avtomobil markası Çin bazarında 2071 avtomobilini geri çağırır.

Trend-in "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, avtomobillərin geri çağırılmasına səbəb təhlükəsizlik yastıqlarında aşkarlanan problem olub.

Bildirilir ki, avtomobillərin geri çağırılması prosesi cari ilin iyul ayının 1-dən başlayacaq, 2013-cü ilin aprel ayının 8-dən 2017-ci ilin noyabr ayının 28-dək buraxılan və Çinə idxal edilmiş avtomobillərə şamil ediləcək.

Bundan əlavə qeyd edilir ki, söhbət Yaponiya şirkəti "Takata"nın istehsal etdiyi təhlükəsizlik yastıqları olan avtomobillərdən gedir.

Şirkət ödənişsiz əsasda texniki nasazlığı aradan qaldıracaq və lazımi detalları əvəz edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti