...

Almaniyada avtobus aşıb, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 20 May 2019 01:28 (UTC +04:00)
Almaniyanın Leypsiq şəhəri yaxınlığında "Flixbus" daşıyıcısına məxsus şəhərlərarası hərəkət edən avtobus aşıb
Almaniyada avtobus aşıb, ölən və yaralananlar var

Bakı. Trend:

Almaniyanın Leypsiq şəhəri yaxınlığında "Flixbus" daşıyıcısına məxsus şəhərlərarası hərəkət edən avtobus aşıb.

Trend-in "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində bir nəfər həlak olub, onlarla insan yaralanıb. Xəsarət alanlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edilir ki, avtobusda 74 sərnişin olub. Qəzanın səbəbi hələki bildirilmir.

Hadisə yerində xilasedicilər işləyir, xəsarət alanları helikopterlər vasitəsilə xəstəxanalara çatdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti