...

Türkiyədə XİN-in 249 əməkdaşı saxlanıldı

Dünya xəbərləri Materials 20 May 2019 11:09 (UTC +04:00)
Türkiyədə FETÖ terror hərəkatı ilə mübarizə çərçivəsində Xarici İşlər Nazirliyinin 249 əməkdaşı saxlanılıb.
Türkiyədə XİN-in 249 əməkdaşı saxlanıldı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə FETÖ (Fəthulllah Gülən hərəkatı) terror hərəkatı ilə mübarizə çərçivəsində Xarici İşlər Nazirliyinin (XİN) 249 əməkdaşı saxlanılıb.

Trend-in məlumatına görə, araşdırma nəticəsində saxlanılanların hamısının FETÖ ilə sıx əlaqədə olduğu məlum olub.

Qeyd edək ki, Fəthullah Gülən və tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur.

Xatırladaq ki, son 7 ay ərzində FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinın sıralarından isə 1076 hərbi qulluqçu xaric edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti