...

Yaponiyada 5,1 ballıq zəlzələ Tokionu silkələdi

Dünya xəbərləri Materials 25 May 2019 11:32 (UTC +04:00)
Tokionun şərqində Tiba prefekturasında güclü zəlzələ baş verib.
Yaponiyada 5,1 ballıq zəlzələ Tokionu silkələdi

Bakı. Trend:

Tokionun şərqində Tiba prefekturasında güclü zəlzələ baş verib. Trend-in məlumatına görə, Yaponiya Milli Meteoroloji Xidməti yeraltı təkanların 5,1 bal gücündə qeydə alındığını bildirib.

Zəlzələ 40 km dərinlikdə olub. Təkanların Tokioda da hiss olunduğu deyilir.

Dağıntılar və insan tələfatı barədə məlumat verilməyib.

Sunami xəbərdarlığı edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti