...

Malidə yol qəzasi nəticəsində 20 nəfər həlak olub

Dünya xəbərləri Materials 28 May 2019 23:50 (UTC +04:00)
Malidə yük maşınının mikroavtobus ilə toqquşması nəticəsində 20 nəfər həlak olub, 13 nəfər yaralanıb
Malidə yol qəzasi nəticəsində 20 nəfər həlak olub

Bakı. Trend:

Malidə yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 20 nəfər həlak olub, 13 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Agence de Presse du Mali" agentliyi xəbər verir.

Qeyd edilir ki, yol qəzası bu gün gündüz saatlarında ölkənin Kulikoro şəhəri ətrafında baş verib.

Malinin nəqliyyat naziri İbrahima Əbdül Əli, təhlükəsizlik və mülki müdafiə naziri Salif Traore zərərin qiymətləndirilməsi üçün hadisə yerinə gəliblər.

Məlumata əsasən, yaralılar Malinin paytaxtı Bamakoda yerləşən xəstəxanaya göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti