Bakı. Trend:
ABŞ-ın kurort şəhəri Virciniya-Biçdə atışma nəticəsində 11 nəfər ölüb.
Trend-in məlumatına görə, hadisə nəticəsində həmçinin 6 nəfər yaralanıb, şübhəli şəxs öldürüıüb.
Yerli polisin rəhbəri Cim Servera deyib ki, cinayətkar binaya daxil olub və atəş açıb. Hadisə yerinə polis gəldikdən sonra, qarşılıqlı atışma başlayıb və cinayətkar öldürülüb.