...

Türkiyədə antiterror əməliyyatı zamanı hərbçi həlak olub

Dünya xəbərləri Materials 4 İyun 2019 05:33 (UTC +04:00)
Türkiyənin Tunceli əyalətində terrorçulara qarşı xüsusi əməliyyat keçirilib
Türkiyədə antiterror əməliyyatı zamanı hərbçi həlak olub

Bakı. Trend:

Türkiyənin Tunceli əyalətində terrorçulara qarşı xüsusi əməliyyat keçirilib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, əməliyyat zamanı hərbçilər və terrorçular arasında atışma başlayıb.

Bildirilir ki, atışma nəticəsində 2 Türkiyə hərbçisi yaralanıb, onlar dərhal helikopter vasitəsi ilə xəstəxanaya çatdırılıblar.

Məlumata əsasən, hərbçilərdən birini xilas etmək mümkün olmayıb.

Əməliyyat davam etdirilir.

Xəbər lenti

Xəbər lenti