...

Danimarka parlamentinin spikeri istefa verib

Dünya xəbərləri Materials 11 İyun 2019 12:17 (UTC +04:00)
Danimarka parlamentinin spikeri Pia Kyersqor partiyasının iyunun 5-də seçkilərdə məğlub olmasından sonra istefa verib
Danimarka parlamentinin spikeri istefa verib

Bakı. Trend:

Danimarka parlamentinin spikeri Pia Kyersqor partiyasının iyunun 5-də seçkilərdə məğlub olmasından sonra istefa verib.

Trend-in məlumatına görə, P.Kyersqor istefa verdikdən sonra Danimarka Xalq Partiyasının deputatı kimi parlamentdə fəaliyyətini davam etdirəcək.

Yaxın zamanlarda parlamentin yeni spikerinin təyin olunacağı gözlənilir.

Qeyd edək ki, iyunun 5-də keçirilmiş parlament seçkilərində Sosial-Demokrat partiyası 25,9 faiz səs yığaraq çoxluğa sahib olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti