...

Ərdoğan səlahiyyətlərini təhvil verdi - KİMƏ və NİYƏ?

Dünya xəbərləri Materials 14 İyun 2019 11:08 (UTC +04:00)
Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oktaya təhvil verib.
Ərdoğan səlahiyyətlərini təhvil verdi - KİMƏ və NİYƏ?

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oktaya təhvil verib.

Trend-in məlumatına görə, bu barədə “Resmi gazete” nəşrində dərc olunan qərarda deyilir.

Məlumata görə, bu addım R.T.Ərdoğanın Tacikistana səfəri ilə əlaqədardır.

Bildirilir ki, R.T.Ərdoğan Asiya Əməkdaşlıq və Münasibətlər Konfransında (CICA) iştirak etmək üçün Tacikistana səfər edir.

Qeyd edək ki, Asiya Əməkdaşlıq və Münasibətlər Konfransı (CICA) 14-15 iyun tarixlərində Düşənbə şəhərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti