Bakı. Trend:
ABŞ Çinlə davam edən ticarət müharibəsində kompromis tapmalı və Çini çıxılmaz vəziyyətə salmamalıdır.
Trend-in məlumatına görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
O, iki ölkə arasında ziddiyyətlərdən narahat olduğunu ifadə edib.
Qazaxıstan prezidenti bildirib ki, o, amerikalı həmkarı Donald Trampa Çini “dalana dirəməməyi” məsləhət görərdi.