Bakı. Trend:
ABŞ-ın Kaliforniya ştatında 5,6 bal gücündə zəlzələ baş verib.
Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Yurika şəhərindən 58 kilometr cənub-qərbdə, ocağı isə 9,5 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.