...

Meksikada güclü fırtına olub: 2 nəfər həlak olub

Dünya xəbərləri Materials 26 İyun 2019 06:38 (UTC +04:00)
Meksikada Tamaulipas ştatının Reynosa şəhərində güclü fırtına qeydə alınıb
Meksikada güclü fırtına olub: 2 nəfər həlak olub

Bakı. Trend.

Meksikada Tamaulipas ştatının Reynosa şəhərində güclü fırtına qeydə alınıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində ən azı 2 nəfər həlak olub, şəhərin 57 rayonuna ziyan dəyib.

Məlumata əsasən, iki nəfərdən biri suda boğulub, digəri isə avtomobildən çıxarıla bilmədiyi üçün onu su axını aparıb.

Bir anda yağıntıların səviyyəsi orta hesabla 10,5 santimetr təşki edib, küçələri, yaşayış evlərini su basıb, bir neçə xəstəxanaya ziyan dəyib.

Şəhər hakimiyyəti zərərçəkənlər üçün bir neçə sığınacaq açıb, orada onlarla insan müvəqqəti sığınacaq tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti