Bakı. Trend:
Yaponiyanın Osaka şəhərində G20 sammitinin keçirildiyi binanın yaxınlığında naməlum şəxs tüstü şaşkası atıb.
Trend-in məlumatına görə, həmin şəxs hadisə yerindən uzaqlaşa bilib.
Hadisə nəticəsində heç bir fəsad qeydə alınmayıb. Hazırda şəxsin axtarışları aparılır.