Bakı. Trend:
İdlib şəhərində Türkiyə Silahlı Qüvvələrinin 10 saylı müşahidə məntəqəsi raket atəşinə tutulub.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat verib.
Məlumata əsasən, üç artilleriya mərmisi müşahidə məntəqəsi istiqamətində buraxılıb.
Hücum nəticəsində insan təlafatı yoxdur, maddi ziyan vurulmayıb.