...

Kabildə diplomatik məhəllədə PARTLAYIŞ - 34 ölü, 68 yaralı

Dünya xəbərləri Materials 1 İyul 2019 11:28 (UTC +04:00)
Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.
Kabildə diplomatik məhəllədə PARTLAYIŞ - 34 ölü, 68 yaralı

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış paytaxtın diplomatik nümayəndəlik və səfirliklər yerləşən məhəlləsində qeydə alınıb. Milli Müdafiə Nazirliyinin də həmin ərazidə yerləşdiyi qeyd edilir.

Məlumata görə, hadisə nəticəsində azı 34 nəfər həlak olub. Daha 68 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yeri təhlükəsizlik və polis qüvvələri tərəfindən mühasirəyə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti