...

Pompeo: ABŞ Qazaxıstanla strateji tərəfdaşlığı dəstəkləyir

Dünya xəbərləri Materials 3 İyul 2019 06:16 (UTC +04:00)
Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo və Qazaxıstanın xarici işlər naziri Beybut Atamkulov arasında görüş keçirilib
Pompeo: ABŞ Qazaxıstanla strateji tərəfdaşlığı dəstəkləyir

Bakı. Trend:

Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo və Qazaxıstanın xarici işlər naziri Beybut Atamkulov arasında görüş keçirilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, qazaxıstanlı nazirlə görüşdən sonra Mayk Pompeo öz "Twitter" səhifəsində yazıb: "ABŞ Qazaxıstanlageniş tərəfdaşlığı qətiyyətlə dəstəkləyir və prezident Qasım-Jomart Tokayev yeni hökuməti ilə münasibətlərimizin daha da möhkəmlənməsinə ümid edir".

Bundan əlavə, B.Atamkulov ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonla da görüşüb. C.Bolton da öz növbəsində görüşdən sonra "Twitter" səhifəsində yazıb: "Qazaxıstan Mərkəzi Asiyada bizim üçün dəyərli tərəfdaşdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti