...

Boliviya Prezidenti Trampa: Digər xalqlara hörmət et

Dünya xəbərləri Materials 3 İyul 2019 14:01 (UTC +04:00)
Boliviya Prezidenti Evo Morales amerikalı həmkarı Donald Trampı digər xalqlara insani yanaşma sərgiləməyə çağırıb
Boliviya Prezidenti Trampa: Digər xalqlara hörmət et

Bakı. Trend:

Boliviya Prezidenti Evo Morales amerikalı həmkarı Donald Trampı digər xalqlara insani yanaşma sərgiləməyə çağırıb.

Trend-in məlumatına görə, E.Morales bunu jurnalistlərin “D.Trampa nə məsləhət verərdi” sualına cavab olaraq deyib.

O bildirib ki, dünyada dominantlıq etməyə çalışan ölkə ilə üz-üzəyik: “Əgər Trampa məsləhət verə biləriksə, qoy dünya xalqlarına və bütün ikitərəfli münasibətlərə hörmət etməyi öyrənsin. ABŞ isə dövlət olaraq insan haqları və ətraf mühitin mühafizəsi ilə bağlı sənədləri təsdiq etsin”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti