Yunanıstanda bazar günü vaxtından əvvəl parlament seçkiləri keçiriləcək.
Trend-in TASS-a istinadla verdiyi məlumata görə, sorğulara əsasən Baş nazir Aleksis Tsiprasın hazırki hakim “Radikal sol qüvvələrin koalisiyası” "SİRİZA" partiyası məğlubiyyətə uğrayacaq.
Qeyd edilir ki, üstünlüyü isə Kiriakos Mitcotakisin əsas müxalifət partiyası “Yeni demokratiya” (YD) qazanacaq.