...

Yunanıstanda parlament seçkilərində seçki məntəqələri açılıb

Dünya xəbərləri Materials 7 İyul 2019 09:11 (UTC +04:00)
Yunanıstanda vaxtından əvvəl parlament seçkilərində seçki məntəqələri yerli vaxtla saat 07: 00-da açılıb
Yunanıstanda parlament seçkilərində seçki məntəqələri açılıb

Bakı. Trend:

Yunanıstanda vaxtından əvvəl parlament seçkilərində seçki məntəqələri yerli vaxtla saat 07: 00-da açılıb.

Trend-in məlumatına görə, onlar saat 19: 00-a qədər işləyəcəklər, bundan sonra ilk ekzitpolların elan edilməsi gözlənilir.

Səsvermədə 17 yaşına çatmış və seçki hüququ olan bütün vətəndaşlar iştirak edə bilərlər.

Qanuna görə səsvermədə iştirak etmək məcburidir, baxmayaraq ki, sandıqa gəlməyənlər üçün sanksiyalar tətbiq edilmir.

Əsas mübarizə, SİRİZA ilə "Yeni Demokratiya" partiyaları arasında gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti